Previous Next
Bağla

Azərbaycanda ilk dəfə olaraq Restoran Xidməti üzrə Yarış keçirilib  

20-07-2022 16:24
Azərbaycanda ilk dəfə olaraq Restoran Xidməti üzrə Yarış keçirilib   

Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının birgə əməkdaşlığı ilə ölkədə ilk dəfə olaraq Restoran Xidməti üzrə Yarış keçirilib.

 

Xeberler.az məlumat verir ki, yarış Avropa İttifaqının maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin dəstəyi ilə baş tutub. Tədbir müxtəlif peşə istiqamətləri üzrə ölkədə milli yarışların təşkili və müvafiq olaraq, Azərbaycanı beynəlxalq yarışlara hazırlamaq fəaliyyətləri çərçivəsində keçirilib. Məqsəd, ölkənin iqtisadi inkişafında bacarıqların əhəmiyyətini vurğulamaq və bu istiqamətdə atılan addımları dəstəkləməkdir. Yarış turizm sektorunda, xüsusilə restoran xidmətləri sahəsində cari vəziyyət və inkişafı labüd məsələlərin müzakirəsi üçün imkan yaradıb. Yay müddətində bu sahədə fəaliyyətin intensivləşməsi məsələnin aktuallığını artırıb.


Yarışın ilk mərhələsində Azərbaycanın müxtəlif şəhərlərindən bu sahədə çalışan və təhsil alan 173 nəfər gənc müraciət edib. Müraciətçilərdən ikinci - nəzəri mərhələni uğurla tamamlayanlar finala vəsiqə qazanıblar.

 

Yarışda sahə üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib. Yerli və xarici mütəxəssislərdən ibarət olan münsiflər heyəti iştirakçıların qiymətləndirməsini “WorldSkills International” təşkilatının qoyduğu peşə standartlarına əsasən aparıb. Tədbirin sonunda seçilən qaliblər İqrar Kərimli, Sənan Nəzərov və Əlvan Abdullayev mükafatlandırılıblar.

 

Qeyd edilməlidir ki, “WorldSkills Azerbaijan” dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” platformasının Azərbaycandakı qurumudur. Bu hərəkat əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirməyi, həmin standartları təhsil sisteminə inteqrasiya etməyi hədəfləyir.

 

BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi isə sözügedən platformaya dəstək olaraq bir sıra peşə ixtisasları üzrə yerli yarışların təşkilini və dünya standartlarına uyğun olaraq əlaqədar tərəflərin potensialının gücləndirilməsi tədbirlərini nəzərdə tutur.

 

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – [email protected]

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri –[email protected]

 

Avropa İttifaqına Üzv Dövlətlər öz təcrübələrini, resurs və müqəddəratlarını birləşdirmək qərarına gəlmişlər. Onlar birlikdə sabitlik, demokratiya və davamlı inkişaf zonası qurmuş, eyni zamanda mədəni müxtəlifliyi, tolerantlıq və fərdi azadlıqlarını qoruyub saxlamışlar. Avropa İttifaqı hüdudlarından kənarda olan ölkə və xalqlarla öz nailiyyət və dəyərlərini bölüşmək öhdəliyinə sadiq qalır.

 

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

 

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Veb texnologiyaları üzrə milli yarışa qeydiyyat davam edir

Veb texnologiyaları üzrə milli yarışa qeydiyyat davam edir

07-05-2025
Kibertəhlükəsizlik üzrə Milli Yarışın qalibləri mükafatlandırılıb

Kibertəhlükəsizlik üzrə Milli Yarışın qalibləri mükafatlandırılıb

14-02-2022
Azərbaycan komandası 47-ci Beynəlxalq “WorldSkills” yarışlarında iştirak edir

Azərbaycan komandası 47-ci Beynəlxalq “WorldSkills” yarışlarında iştirak edir

11-09-2024
Peşə təhsilində onlayn qiymətləndirmə platforması sınaqdan keçirilir

Peşə təhsilində onlayn qiymətləndirmə platforması sınaqdan keçirilir

26-07-2022
“WorldSkills Azerbaijan” milli komandası Koreya Respublikasında keçirilən təlimləri uğurla bitirib

“WorldSkills Azerbaijan” milli komandası Koreya Respublikasında keçirilən təlimləri uğurla bitirib

19-12-2023
Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect"  şirkəti Anlaşma Memorandumu imzalayıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect" şirkəti Anlaşma Memorandumu imzalayıb

30-11-2021
“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

24-09-2025
Azercell müəllimlər üçün İKT təlimləri keçirib

Azercell müəllimlər üçün İKT təlimləri keçirib

22-12-2015
 “ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

24-08-2016
"WorldSkills Shanghai 2026" yarışının seçim mərhələsinə start verilib

"WorldSkills Shanghai 2026" yarışının seçim mərhələsinə start verilib

22-12-2025
Veb dizayner ixtisası üzrə şagird qəbulu elan edilib

Veb dizayner ixtisası üzrə şagird qəbulu elan edilib

04-08-2017
Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

01-04-2013
Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015
Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

14-10-2016
“ASAN peşə” layihəsinə başlanır

“ASAN peşə” layihəsinə başlanır

10-08-2016
Azərbaycan Koreya ilə yeni təhsil müəssisəsi yaradır

Azərbaycan Koreya ilə yeni təhsil müəssisəsi yaradır

29-01-2018
Misirdə qitələrarası fiber-optik kabel layihəsinin çəkilməsi yekunlaşır

Misirdə qitələrarası fiber-optik kabel layihəsinin çəkilməsi yekunlaşır

23-10-2025
“ASAN peşə” ilə ixtisas seçimi başa çatıb

“ASAN peşə” ilə ixtisas seçimi başa çatıb

07-09-2016
Nümunəvi peşə standartları ilə bağlı sayt hazırlanıb

Nümunəvi peşə standartları ilə bağlı sayt hazırlanıb

07-03-2013
Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019
Şagirdlər Azercell-də təcrübə keçəcək

Şagirdlər Azercell-də təcrübə keçəcək

12-03-2016
İKT üzrə təlimlərin keçirilməsi üzrə memorandum imzalanıb

İKT üzrə təlimlərin keçirilməsi üzrə memorandum imzalanıb

08-10-2015
Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib   

Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib  

01-08-2022
AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə